/**/
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Naxçıvan şəhərindən olan, 1990-cı ildə şəhid olmuş İdris Məmmədovun, 2000-ci ildə şəhid olmuş İbrahim Salmanovun və 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn kapitan Şamil Babayevin ailələrini ziyarət edib.
Elnar Hüseynov şəhid, kapitan Şamil Babayevin vətənə əmanət övladı Yusif Babayevin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, kapitan Şamil Babayev “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!