/**/
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov 1992-ci ildə şəhid olan Fariz Əhmədovun, 2014-cü ildə Ordubad rayonunda şəhid olan Cəlil Məmmədovun və 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Xansu Qurbanovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Xansu Qurbanov "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!