/**/
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Naxçıvan şəhərindən olan, 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Etibar Cəfərovun və eyni ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn kapitan Seymur Cabbarovun ailələrini ziyarət edib.
Elnar Hüseynov şəhid, kapitan Seymur Cabbarovun vətənə əmanət övladı Nihad Cabbarovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Etibar Cəfərov III dərəcəli “Vətənə xidmətə görə’’ ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları, şəhid, kapitan Seymur Cabbarov III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!