/**/
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Kəngərli rayonundan olan, 1998-ci ildə şəhidlik zirvəsinə ucalan Fiqan Camalovun və 2020-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan leytenant İbrahim Əliyevin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant İbrahim Əliyev III dərəcəli “Rəşadət” ordeni, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!