/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Naxçıvan şəhərindən olan, 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Bağır Ələkbərovun, eyni ildə şəhid olmuş baş leytenant İsmayıl Vəliyevin və 2023-cü ildə keçirilən “Antiterror əməliyyatı” zamanı şəhidlik zirvəsinə yüksələn polis çavuşu Ələsgər Əsgərovun ailələrini ziyarət edib.
Elnar Hüseynov şəhid Bağır Ələkbərovun vətənə əmanət övladı Əsəd Ələkbərovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Bağır Ələkbərov III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları, şəhid, baş leytenant İsmayıl Vəliyev III dərəcəli “Rəşadət” ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları, şəhid, polis çavuşu Ələsgər Əsgərov “Vətən uğrunda” medalı ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!