/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Elmin Fərəcov Kəngərli rayonundan olan, 1992-ci ildə Sədərək rayonunda şəhid olmuş Müşfiq Səfərovun ailəsini ziyarət edib.
Elmin Fərəcov şəhid anası Səkinə Səfərovanı 90 illik yubileyi münasibətilə təbrik edib.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!