/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Niyaməddin İsgəndərovun və 1992-ci ildə Sədərək rayonu istiqamətində gedən döyüşlərində şəhid olan Əbdül Mahmudovun ailələrini ziyarət edib.
Elməddin Qəribov şəhid Niyaməddin İsgəndərovun vətənə əmanət övladı Mətanət İsgəndərovanın doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Niyaməddin İsgəndərov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Vətən uğurunda" və “İgidliyə görə" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!