/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov Ordubad rayonundan olan, 2017-ci ildə Xocavənd rayonunda şəhid olmuş baş leytenant Tural Haşımlının ailəsini ziyarət edib.
Elməddin Qəribov şəhid, baş leytenant Tural Haşımlının vətənə əmanət övladı, şəhidimizin adını daşıyan Tural Haşımlının doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, baş leytenant Tural Haşımlı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Şücaətə görə" medalı ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!