/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov Babək rayonundan olan, 1991-ci ildə şəhid olmuş mülki şəxs Cəmilə Şahverdiyevanın, 1996-cı ildə Ağdam rayonunda şəhid olmuş Aftandil Heydərovun və 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn leytenant Fərmin Əliyevin ailələrini ziyarət edib.
Elməddin Qəribov şəhid, leytenant Fərmin Əliyevin vətənə əmanət övladı Fərman Əliyevin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant Fərmin Əliyev “Azərbaycan Bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!