/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Şərur rayonunda yaşayan əlilliyi olan bir sıra şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib. Onlara mexaniki təkərli oturacaq, protez üçün corab, dirsəkaltı ağac, əsa, kateter və s. olmaqla ümumilikdə 12 şəxsə 23 ədəd reabilitasiya vasitəsi və əlavəsi verilib.
Səyyar reabilitasiya xidmətinin əsas məqsədi müvafiq kateqoriyadan olan şəxslərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, onların sosial reabilitasiyasının təmin edilməsi və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsidir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər sosial həssas əhali qruplarının rifahının yüksəldilməsinə, dövlətin sosial siyasətinin icrasında inklüzivliyin gücləndirilməsinə xidmət edir.