/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasda, Fondun 2025-ci il üzrə fəaliyyətinin nəticələri müzakirə olunub, o cümlədən Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin fəaliyyət istiqamətləri üzrə görülmüş işlərə dair müzakirələr aparılıb.
Eyni zamanda, Fondun 2026-cı il üçün iş planında nəzərdə tutulan tapşırıqlar və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Bu vəzifələrin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə müvafiq struktur bölmələrinə bir sıra tapşırıqlar verilib.