/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin iclası keçirilib.
İclasda, Fondun 2026-cı ilin yanvar ayı üzrə fəaliyyətinin qiymətləndirilməsi, Fondun Sosial və dövlət icbari şəxsi sığorta, Maliyyə və sosial ödənişlər departamentlərinin gördüyü işlərə dair müzakirələr aparılıb.
Eyni zamanda, Fondun 2026-cı il üçün iş planında nəzərdə tutulan tapşırıqlar və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Bu vəzifələrin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə müvafiq struktur bölmələrinə bir sıra tapşırıqlar verilib.