/**/
Naxçıvan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev iyulun 10-da Ordubad rayonunda vətəndaşları qəbul edəcək.
Qəbulda sakinlərin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.
Vətəndaşlar 7-9 iyul tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.