/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov iyunun 18-də Sədərək rayonunda sakinləri qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 12-17 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron poçt ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.