/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov iyulun 23-də Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq.
Vətəndaşlar 18-22 iyul tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.