/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Culfa və Ordubad rayonlarında yaşayan, əlilliyi olan bir sıra şəxsə səyyar reabilitasiya xidməti göstərilib.
Əvvəlcədən qeydiyyata alınmış müraciətlər əsasında sağlamlıq imkanlarının məhdudluğu səbəbindən yaşadıqları ünvandan kənara çıxmaqda çətinlik çəkən şəxslərə səyyar protez xidməti göstərilib, köməkçi və texniki reabilitasiya vasitələri, həmçinin mexaniki təkərli oturacaqlar təqdim olunub.
Səyyar xidmətin əsas məqsədi müvafiq kateqoriyadan olan vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, onların sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasıdır.