/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini Nuhi Abdinov Culfa rayonundan olan, 1997-ci ildə şəhidlik zirvəsinə yüksələn Yaşar Məmmədovun, 2020-ci ildə şəhid olan Ramazan Göydağlının və eyni ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan baş leytenant Amin Gülməmmədovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Ramazan Göydağlı III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları, şəhid, baş leytenant Amin Gülməmmədov “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!