/**/
Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişət şəraitinin müayinəsi departamenti tərəfindən Culfa rayonunda maarifləndirici görüş təşkil olunub.
Culfa rayon İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərin məsul şəxslərinin iştirakı etdiyi görüşdə muxtar respublika ərazisində sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, aztəminatlı ailələrin müəyyən edilərək sosial yardımın təyin olunmasına dəstək göstərilməsi, eləcə də müraciət qaydaları ilə bağlı ətraflı məlumat verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.