/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Culfa rayonunda yaşayan əlilliyi olan bir sıra şəxsə səyyar reabilitasiya xidməti göstərilib.
Onlara dirsəkaltı və qoltuqaltı ağac, protez üçün corab, kateter və s.olmaqla ümumilikdə 10 şəxsə 23 ədəd reabilitasiya vasitəsi verilib.
Səyyar reabilitasiya xidmətinin əsas məqsədi müvafiq kateqoriyadan olan şəxslərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, onların sosial reabilitasiyasının təmin edilməsi və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsidir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər sosial həssas əhali qruplarının rifahının yüksəldilməsinə, dövlətin sosial siyasətinin icrasında inklüzivliyin gücləndirilməsinə xidmət edir.