/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə humanitar tibbi aksiya 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunub.
Tibbi aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının 10-na yaxın ixtisaslı həkim heyəti iştirak edib. Ayrı-ayrılıqda oftalmoloq, nevropatoloq, uroloq, cərrah və digər ixtisaslı həkimlər tərəfindən müayinələr aparılıb, müayinə nəticələrinə uyğun olaraq müalicələr təyin edilib. Aksiyanın keçirilməsində məqsəd müvafiq kateqoriyadan olan şəxslərin sağlamlığının qorunması, kompleks şəkildə bütün növ tibbi xidmətlərdən yararlanmasını təmin etməkdir.