/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev 1992-ci ildə şəhid olan Nüsrət Məmmədovun, 2020-ci ildə Füzuli rayonunda şəhid olan leytenant Şəhriyar Məmmədovun və eyni ildə Şuşa şəhərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ayaz İbrahimovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, leytenant Şəhriyar Məmmədov III dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda", "Xocavəndin azad olunmmasına görə" və "İgidliyə görə" medalları, şəhid Ayaz İbrahimov isə III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!