/**/
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) əməkdaşları üçün maarifləndirmə təlimi keçirilib.
Təlim “Texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və bədbəxt hadisələrdən icbari sığorta” mövzusuna həsr olunub.
Təlimdə 1 SƏTƏM mütəxəssisi, 3 rəhbər şəxs olmaqla, qurumun ümumilikdə 16 nümayəndəsi iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi qaydaları, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, işçilərin icbari sığortası, eləcə də ilk yardım göstərilməsi barədə məlumat verilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.