/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli 1995-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Pənah Qədimov, 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan baş leytenant Şamil Bababəy və eyni ildə Xocavənd rayon Qırmızı bazar istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan leytenant Mətin Hüseynovun ailələrini ziyarət edərək, qayğıları ilə maraqlanıb.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!