/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli iyunun 24-də Culfa rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Sosial Xidmətlər Agentliyinin fəaliyyət sahələrinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 18-23 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron poçt ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.