/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən edilərək onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi daim diqqətdə saxlanılır.
Nazirlik tərəfindən işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə - vakant iş yerlərinə göndərilməsi, haqqı ödənilən ictimai işlərə və peşə hazırlığına cəlb edilməsi, özünüməşğulluqlarının təmin edilməsi, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımın təyin edilməsi, tənha ahılların və əlilliyi olan şəxslərin evində xidmətlə təmin olunması, habelə şəhid ailələri, müharibə veteranları, əlilliyi olanların sosial müdafiə tədbirlərindən faydalanması, imtiyazı olan şəxslərin aşkarlanaraq müvafiq tədbirlərə cəlb edilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır.
Qeyd edilən istiqamətlərdə aztəminatlı ailələrin müəyyən edilərək sosial dəstək tədbirlərinə cəlb edilmələri ilə yanaşı müvafiq kateqoriyadan olan ailələrin müəyyən edilməsi üçün inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə maarifləndirmə işləri də həyata keçirilir. Bu məqsədlə təşkil edilən növbəti maarifləndirmə tədbiri Şərur və Sədərək rayonlarında keçirilib.
Tədbirdə əhalinin sosial hüquqları və mövcud dəstək mexanizmləri barədə geniş məlumat verilib, müvafiq kateqoriyadan olan ailələrin qeydiyyata alınaraq uyğun sosial müdafiə proqramlarına cəlb edilmələrinin əhəmiyyəti diqqətə çatdırılıb.