/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abbasov stasionar sosial xidmət göstərilən ahıl Solmaz Təhməzovanı doğum günü münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Qeyd edək ki, Solmaz Təhməzova Sosial Xidmətlər Agentliyin “Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin Ahıl şəxslərlə iş şöbəsinin stasionar sosial xidmət göstərilən benefisiarıdır.
Solmaz Təhməzova göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.