/**/
1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin Ahıl şəxslərlə iş şöbəsinin stasionar sosial xidmət göstərilən benefisiarları və muxtar respublikanın rayonlarında yaşayan evdə (səyyar) sosial-məişət xidmət göstərilən tənha ahılların “Əshabi-Kəhf” Ziyarətgahı Dini Mədəni Abidə Kompleksinə ziyarətləri təşkil olunub. Əshabi-Kəhfi ziyarət edən tənha ahıllar üçün çay süfrəsi də təşkil edilib.