/**/
Naxçıvan şəhər E.Sultanov adına 7 nömrəli tam orta məktəbdə “Əməyin mühafizəsinə dair ümumi tələblər, istehsalatda baş verən bədbəxt hadisələr, yanğın təhlükəsizliyi və ilk yardım qaydaları” mövzusunda növbəti maarifləndirmə təlimi təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 45 nəfər iştirak edib.
Tədbir çərçivəsində iştirakçılara əməyin mühafizəsi üzrə ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, mövzu ilə bağlı vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.