/**/
Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə “Əməyin mühafizəsinə dair ümumi tələblər, istehsalatda baş verən bədbəxt hadisələr, yanğın təhlükəsizliyi və ilk yardım qaydaları” mövzusunda növbəti maarifləndirmə təlimi təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Filialın II rüb üzrə təlimlər qrafikinə əsasən keçirilən təlimdə 40 nəfər iştirak edib.
Tədbir çərçivəsində iştirakçılara əməyin mühafizəsi üzrə ümumi tələblər, sağlam və təhlükəsiz iş mühitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib. Həmçinin Mərkəzin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.