/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə işəgötürənlər və onların nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları çıxış edərək iştirakçılara əmək qanunvericiliyində nəzərdə tutulan istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü qabağı günlərədə iş gününün müddəti, həmin günlərdə işçilərin işə cəlb olunmasının yolverilməzliyi barədə ətraflı məlumat verilib. Daha sonra iş yerlərində əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
23 dövlət və qeyri-dövlət sektorunu təmsil edən 30-a yaxın nümayəndə iştirak etdiyi tədbirin sonunda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.