/**/
Naxçıvan şəhər C. Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə “Əməyin mühafizəsinə dair ümumi tələblər, istehsalatda baş verən bədbəxt hadisələr, yanğın təhlükəsizliyi və ilk yardım qaydaları” mövzusunda növbəti maarifləndirmə təlimi təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 20 şagird iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi üzrə ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.