/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova 1 Oktyabr–Beynəlxalq Ahıllar Günü münasibəti ilə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin Ahıl şəxslərlə iş şöbəsində stasionar sosial xidmət göstərilən ahıllarla görüşüb, əlamətdar gün münasibəti ilə onları təbrik edərək, hədiyyələr təqdim ediblər.
Ahıllar onlara göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.